Bu gün Dç-2022-nin pley-off oyunlarına start verilib. Matc.az xəbər verir ki, əvvəlcədən 6 oyunun keçirilməsi planlaşdırılsa da, bu gün 4 matç oynanılıb.
FİFA Ukraynaya hücum səbəbindən Rusiya millisini yarışdan kənarlaşdırıb və komandanın Polşa ilə oyunu keçirilməyəcək. Rusiyaya texniki məğlubiyyət verildiyi üçün Polşa birbaşa finala vəsiqə qazanıb. Ukrayna – Şotlandiya matçı isə iyun ayına təxirə salınıb.
Türkiyə millisi bu gün səfərdə Portuqaliyanın qonağı olub. Dörd qolun qeydə alındığı bu matçda Portuqaliya yığması inamlı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Avropa çempionatının son qalibi İtaliya yığması isə Şimali Makedoniya ilə üz-üzə gəlib. Bu görüşdə son dəqiqə qolu ilə məğlub olan italyanlar Dç-yə vəsiqə şansını itiriblər. Uels yığması da Avstriyadan güclü olub. İsveç də əlavə vaxtda çexiyanı minimal hesabla məğlub etməklə mundiala vəsiqə şansını saxlayıb.
Dç-2022
Pley-off mərhələsi, yarımfinal
24 mart
A yolu
Uels – Avstriya 2:1
Qol: Beyl, 25; 51 – B.Deyvis, 65-öz qapısına.
B yolu
İsveç – çexiya 1:0
Qol: Kayson, 110.
C yolu
İtaliya – Şimali Makedoniya 0:1
Qol: Traykovski, 90+2.
Portuqaliya – Türkiyə 3:1
Qol: Otavio, 15. Jota, 42. M.Nunes, 90+4 – B.Yılmaz, 65.