27 Mart 2022, 11:39
FUTBOL
"Fulhem"in yarımmüdafiəçisi Fabio Karvalyo bu yay klubunu dəyişə bilər. Matc.az Britaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu "Liverpul"a keçməyə yaxındır.
"Liverpul" 19 yaşlı futbolçunu bu ilin yanvarında heyətinə qatmağa çalışsa da, transfer pəncərəsi bağlanana qədər onun keçidini həll etməyə vaxt tapmadı.
Karvalyo 2020-ci ildən "Fulhem"in əsas komandasında forma geyinir. O, Portuqaliyada anadan olsa da, İngiltərənin aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib.