Argentina millisi Dç-2022-nin seçmə mərhələsində Ekvadorla oyunda (1:1) öz rekordunu təkrarlayıb. Matc.az xəbər verir ki, Argentina millisi məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırmağı bacarıb.
 
Yığma komanda bununla tarixinin ən uzunmüddətli məğlubiyyətsizlik seriyası rekordunu təkrarlayıb. Argentinalılar 1991-1993-cü illərdə də eyni seriyanı əldə etmişdi. 
 
Argentina millisi Cənubi Amerika zonasında ikinci yeri tutaraq Dç-2022-yə vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest