08 Aprel 2022, 09:02
FUTBOL
"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının XXXII turunda "Mançester Siti" ilə oyunöncəsi açıqlama verib. Matc.az xəbər verir ki, alman mütəxəssis rəqib komanda və "şəhərlilər"in baş məşqçisi Pep Qvardiolanın ünvanına xoş sözlər səsləndirib:
"Bir az fərqli insan olsaydım, Pepin "Mançester Siti" kimi komandaları çalışdırması səbəbindən depressiyaya girərdim. O, "Bavariya"da işləməsəydi, "Borussiya"da (Dortmund) daha çox kubok qazana bilərdik. Eynilə, "Mançester Siti"də olmasaydı, indi əlavə bir Premyer Liqa çempionluğumuz da var idi. Əla komandadır və mənə görə Pep danyanın ən yaxşısıdır. Bütün bunlar onlara qarşı oynamağı çətinləşdirir".
Aprelin 10-da baş tutacaq "Mançester Siti" "Liverpul" matçı Bakı vaxtı ilə saat 19:30-da strt götürəcək. 30 oyunda topladığı 73 xalla MS liderdir. "Liverpul" eyni sayda matçdan 72 xalla ikincidir.