08 Aprel 2022, 14:08
FUTBOL
"Qarabağ"ın əvəzedici komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib. Matc.az xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.
Seminarda danışılmış oyunlara qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə edilib, təcrübə mübadiləsi aparılıb.