Futbol üzrə Türkiyə 1-ci liqasında 31-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Gənclərbirliyi" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
 
Vüsal bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Keçiörengücü" 31 turdan sonra 38 xalla 19 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest