"Sonra nəyin mümkün olduğuna baxacağıq. Əlbəttə, "Aue" rəhbərliyi ilə də bu barədə danışacağam"
"Gələcəyimlə bağlı hələ heç kimlə heç nə danışmamışam". Matc.az xəbər verir ki,bunu Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov deyib.
32 yaşlı yarımmüdafiəçi 6 ildir şərəfini qoruduğu "Aue"ni mövsümün sonunda tərk etməyə yaxındır. Sona 5 tur qalmış Bundesliqa II-nin son pilləsində qərarlaşan komanda aşağı liqaya yuvarlansa, Nazarovun gələn ilin yayına qədər nəzərdə tutulan müqaviləsi avtomatik olaraq ləğv olunacaq və o, azad agent statusu daşıyacaq.
"Aue"nin aparıcı oyunçusu yayda hansı addımı atacağı ilə bağlı ailəsi ilə məsləhətləşəcəyini vurğulayıb: "çox nikbin insanam, həmişə ayağa qalxacağıma inanmışam. İndi iki gün özümü silkələyib, ailəmlə oturacağam. Sonra nəyin mümkün olduğuna baxacağıq. Əlbəttə, "Aue" rəhbərliyi ilə də bu barədə danışacağam".
Nazarovun karyerasını Azərbaycanda davam etdirmək ehtimalı yüksəkdir. çünki onunla danışıq aparan klublar arasında "Neftçi" də var. Premyer Liqa çempionu milli üzvü ilə anlaşmağa çalışır.