Madrid "Real"ının və Kolumbiya yığmasının keçmiş yarımmüdafiəçisi Freddi Rinkon 55 yaşında vəfat edib. Matc.az xəbər verir ki,  veteran futbolçu qəza nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Rinkonun olduğu avtomobil Kalidə (Kolumbiya) avtobusla toqquşub. Freddi  reanimasiyaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Avtobus sürücüsü və sərnişinlər də xəstəxanaya çatdırılsa da, onların xəsarətləri daha yüngül olub.

Rinkon 1995-1996-cı illərdə "Real"da çıxış edib. Keçmiş yarımmüdafiəçi 1986-2004-cü illər arasında davam edən karyerası ərzində "Napoli" və bir sıra Kolumbiya və Braziliya klublarında da çıxış edib. O, 1990-2001-ci illərdə Kolumbiya millisinə çağırılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest