UEFA Konfrans Liqasında cari mövsümün ən yaxşı oyunları açıqlanıb. Matc.az qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, "10-luq"da "Qarabağ" və Kiprin "Omoniya" komandaları arasında Bakıda keçirilmiş qrup mərhələsinin V tur matçı da yer alıb.
 
UEFA qarşılaşmanın 88-ci dəqiqəsində Patrik Andradenin "köhlən atlar"ı hesabda önə keçirdiyini, lakin 90-cı dəqiqədə Jordi Qomesin uzaq məsafədən fərqlənərək rəqib qapıçını təəccübləndirdiyini yazıb.
 
Qeyd edək ki, "Qarabağ" - "Omoniya" görüşü 2:2 hesablı heç-heçə ilə başa çatıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest