“Mövsümün ən yaxşı məşqçisi seçilməyim bir tərəfdən işimizə verilən qiymətdir, digər yandan məsuliyyətimizi artırır. Əgər səsvermə məşqçilər arasında keçirilsəydi, mən seçimimi çempion olan komandanın baş məşqçisinin xeyrinə edərdim"

“Neftçi” İK-nın “sükanı” arxasına qış fasiləsində gətirilsə də, heyətdə və oyun planında dəyişiklik etməklə futzal üzrə Yüksək Liqanı bürünc medalla başa vuran Elşad Quliyev həm də yetirmələrini Azərbaycan kubokunun finalına daşımaqla diqqətləri cəlb etdi. Matc.az xəbər verir ki, məhz onun gəlişindən sonra görülən işlər mütəxəssisin ilin ən yaxşı baş məşqçisi seçilməsinə imkan verdi.
 
Federasiyanın rəsmi saytı ilə təəssüratlarını bölüşən təcrübəli baş məşqçi növbəti mövsüm üçün iddialı açıqlama verdi:
 
“Mövsümün ən yaxşı məşqçisi seçilməyim bir tərəfdən işimizə verilən qiymətdir, digər yandan məsuliyyətimizi artırır. Əgər səsvermə məşqçilər arasında keçirilsəydi, mən seçimimi çempion olan komandanın baş məşqçisinin xeyrinə edərdim.
 
Cari mövsümüdə planlaşdırdığımızı, istədiklərimizi tam həyata keçirə bilmədik. Bunun üçün zaman kifayət etmədi. Növbəti mövsümə fərqli hazırlaşacağıq. Məqsədimiz daha yüksək yerlərdən birini tutmaq - finalda oynamaq, çempionata rəng qatmaqdır. Öz oyun üslubu olan, intizamlı bir “Neftçi” yaratmaq istəyirik. Hazırda bu istiqamətdə işlər görürük. Planlarımıza həm də milli komandanın formasını geyinməyə layiq olan futzalçılar hazırlamaq da daxildir. Azərbaycanın adını ucaltmaq üçün əlimizdən nə gəlir, edəcəyik. Bu mövsüm gec oldu. İndi axtarışlarımız davam edir. Perspektiv vəd edən oyunçuları heyətimizə cəlb edəcəyik ki, onlar da komandada artırmaqla gələcəkdə millinin formasını geyinməyə layiq olsunlar. Belə deyək də, millinin heyəti açıqlananda orada “Neftçi”nin də üzvlərinin adına rast gəlmək məqsədimizdir. Belədə həm klubumuz qazanacaq, həm də əsas millimiz. Bir sözlə, daha güclü, iddialı komanda qurmaq üçün çalışacağıq.
 
Qış fasiləsində gəlsək də, heyətdə mümkün qədər dəyişiklik etdik, oyunlarda özümüzü yaxşı tərəfdən göstərməyə çalışdıq. Ancaq yenə deyirəm, vaxt azlığına və mövsümün ortası olduğuna görə istədiklərimizi reallaşdıra bilmədik. Çalışdıq, cəhdlər etdik, vaxt yetmədi. Bu il edə bilmədiklərimizi növbəti mövsümdə reallaşdıracağıq. Təkcə “Neftçi”nin yox, digər komandaların da güclənməsini, rəqabətli oyunların baş tutmasını arzulayırıq. Çempionatın təşkil ilə bağlı görülən işlərə görə federasiya rəhbərliyi başda olmaqla, bütün əməkdaşlarına təşəkkür düşür”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest