Fransa millisinin kapitanı Kilian Mbappenin komandadakı münasibətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. Matc.az saytının GOAL nəşrinə istinadən məlumatına görə, Madrid “Real”ının hücumçusu yığmanın düşərgəsində əvvəlki dövrlə müqayisədə özünü daha təcrid olunmuş hiss edir.
 
Buna səbəb kimi Usman Dembele ilə münasibətlərdə yaranan soyuqluq göstərilir. Bildirilir ki, Mbappe komanda yoldaşı ilə münasibətləri düzəltmək üçün ona mesaj göndərsə də, cavab almayıb.
 
Bundan başqa, Markus Türamın da heyətdə olmaması Mbappenin komanda daxilindəki yaxın çevrəsinin daralmasına səbəb olub.
 
Nəşr yazır ki, kapitan qarşıdakı oyunlarda həm meydandakı çıxışı, həm də liderlik keyfiyyətləri ilə komandanı yenidən birləşdirməyə çalışmalıdır.
 
Qeyd edək ki, Fransa millisi noyabrın 12-də İtaliya, noyabrın 15-də isə Türkiyə ilə qarşılaşacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest