“Amedspor”un baş məşqçisi Besnik Hasi Türkiyə Super Liqasının XI turunda “Qalatasaray”a qarşı keçirdikləri qarşılaşmadan sonra maraqlı açıqlamalar verib. Matc.az xəbər verir ki, İstanbulda keçirilən və 4:3 hesabı ilə başa çatan matçdan sonra danışan mütəxəssis komandasının hücum performansından razı qaldığını, lakin müdafiədə buraxılan səhvlərin məğlubiyyətə səbəb olduğunu bildirib.
“Planımız oyunun içində qalmaq idi. İkinci hissədə daha yaxşı çıxış etdik və gözəl qollar vuraraq geri dönməyi bacardıq. Səfərdə üç qol vurursunuzsa, buradan xalla qayıtmalısınız. Amma dörd qol buraxırsınızsa, məğlub olursunuz. Qayda çox sadədir”, – deyə Hasi vurğulayıb.
Kosovalı mütəxəssis “Qalatasaray”la aralarındakı əsas fərqin sürət və fiziki güc olduğunu söyləyib.
O, komandasının bəzi fərdi səhvlər etdiyini və bu cür qarşılaşmalardan nəticə çıxarmalı olduqlarını qeyd edib.
Qeyd edək ki, “Qalatasaray” – “Amedspor” qarşılaşması İstanbul təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra “Qalatasaray” 28 xalla turnir cədvəlinə liderlik edir.












_1693395834.png)
