Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda 1-ci divizionun 15-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
MOİK – "Neftçi-2" oyununda "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. "Neftçi"nin futbolçusu Seymur Əliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.
 
"Zirə-2" – "Şamaxı-2" oyununda "Şamaxı" komandası vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunub.
 
"Qəbələ-2" – "Qarabağ-2" oyununda "Qəbələ"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. "Qəbələ"nin futbolçusu Aqil Nəsibov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. "Qarabağ"ın futbolçusu Zamiq Əliyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest