"Amnesty İnternational" hüquq müdafiə təşkilatı Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı FİFA prezidenti Canni İnfantinoya məktub göndərib. Matc.az xəbər verir ki, təşkilat stadionların tikintisində çalışan əmək miqrantları üçün iş şəraitinin pozulmasına görə təzminat tələb edib.
 
Bu məbləğin ən azı 440 milyon ABŞ dolları olacağı bildirilib: "Bütün işçilərə kompensasiya ödənilməyənə qədər bu turnir keçirilə bilməz".
 
ümumilikdə mundialla bağlı idman obyektlərinin tikintisinə 30 minədək işçi cəlb olunub. Dç-2022-nin təşkilatçıları apreldə yarışa hazırlıqla məşğul olan 3 şirkətdə iş şəraitinin pozulduğunu etiraf edib.
 
Dç-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest