İtaliya A Seriyasının qalibi olan "Milan"ın baş məşqçisi Stefano Piolinin qızıl medalı oğurlanıb.

İtaliya A Seriyasının qalibi olan "Milan"ın baş məşqçisi Stefano Piolinin qızıl medalı oğurlanıb. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hadisə komandanın sonuncu – 38-ci turda "Sassuolo"ya 3:0 hesabı ilə qalib gəldiyi səfər oyunundan sonra baş verib. 
 
57 yaşlı mütəxəssis bildirib ki, medal çempionluğu bayram edərkən stadionda oğurlanıb:
 
"Kimsə onu boynumdan qopardı. Bunu mənə qaytarsalar, minnətdar olaram, çünki baş məşqçi kimi qazandığım ilk qızıl medaldır". 
 
"Milan" 11 ildən sonra ölkə çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest