Futbol üzrə Latviya çempionatında 15-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun formasını geyindiyi "Super Nova" da növbəti maçtına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda RFS ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:3.
 
Vüqar bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Super Nova" 15 turdan sonra 4 xalla 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest