Prezident İlham Əliyev Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Matc.az xəbər verir ki, sərəncam imzalandığı gündən qüvvəyə minib.
 
Digər sərəncamla Cavid Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
 
Cavid Qurbanov həm də Azərbaycan Voleybol Federasiyasının prezidentidir. O, 12 oktyabr 2016-cı il tarixindən sözügedən federasiyaya rəhbərlik edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest