26 İyul 2026, 13:04
FUTBOL
"İnter" "Tottenhem"in və Argentina millisinin mərkəz müdafiəçisi Kristian Romeronun transferində maraqlıdır. İtaliya çempionunun idman direktoru Pyero Auzilio İngiltərə klubu ilə danışıqlar aparılması barədə gəzən şayiələri təsdiqləyib.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sport Italia" nəşri məlumat yayıb.
Pyero Auzilio "Romero? Biz oyunçu və "Tottenhem"lə müqavilə imzalamağa çalışırıq. Belə şeylər vaxt tələb edir. Baxarıq" sözlərini ifadə edib.
Daha əvvəll Romeronun "Tottenhem"i tərk etmək istədiyi, onun keçidində isə İspaniyanın "Barselona" klubunun maraqlı olduğu bildirilirdi.
London klubu Romeronu 50 milyon avro dəyərində qiymətləndirir, futbolçu özü isə İtaliyaya köçməyin əleyhinə deyil.













