Bu gün Şotlandiya və Ukrayna milli komandaları arasında Dç-2022-nin pley-off mərhələsinin təxirə salınmış yarımfinal oyunu keçirilib. Matc.az xəbər verir ki, Qlazqo şəhərindəki "Hempden Park" stadionunda keçirilən oyunu niderlandlı FİFA referisi Denni Makkelli idarə edib.

Dörd qolun qeydə alındığı qarşılaşma Ukrayna yığmasının inamlı qələbəsiylə yekunlaşıb.

Bu cütün qalibi finalda Uelslə qarşılaşmalı idi. Beləliklə, iyunun 5-də Kardiffdə baş tutacaq matçda Ukrayna və Uels yığmaları Dç-2022-yə sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Xatırladaq ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi.

Dç-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.

Dç-2022
Pley-off mərhələsi, yarımfinal
1 iyun

Şotlandiya – Ukrayna 1:3
Qol: Makqreqor, 79 – Yarmolenko, 33. Yaremçuk, 49. Dovbik, 90+5.
Baş hakim: Denni Makkelli (Niderland).
Qlazqo, "Hempden Park" stadionu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest