Azərbaycan millisinin kapitanı Maksim Medvedev UEFA Millətlər Liqasının ilk turunda səfərdə Qazaxıstanla qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib. Matc.az xəbər verir ki, müdafiəçi oyunla bağlı bunları deyib:
 
"Komandada ab-hava yüksəkdir. Uşaqlar klubları artıq yaddan çıxarıblar, fikirlərini milliyə yönəldiblər.
 
Başa düşürük ki, yeni turnirə başlayırıq. Rəqiblərimizi təhlil etməyə başlamışıq. Onların güclü və zəif cəhətlərini analiz edirik. Sabah ən optimal formada meydana çıxmağa çalışacağıq. İlk "11-lik"də çıxacaq uşaqlar özlərini ən yaxşı tərəfdən göstərəcəklər.
 
"Klubdakı son oyunlardan xeyli vaxt keçib. İstirahət etmək üçün yetərincə vaxt olub. Baş məşqçimiz də bunu nəzərə alaraq uşaqları yüksək tempdə saxlayıb və son iki gündəki məşq sırf oyuna hazırlıq xarakteri daşıyıb".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest