"Əhval-ruhiyyə o qədər də yüksək deyil. Çünki 7-10 xala sahib deyilik. Belə olsaydı, indi əhvalımız daha yaxşı idi. Sabah bizim üçün ən vacib oyundur"

Futbol üzrə Belarus yığmasının müdafiəçisi Ruslan Yudenkov UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Azərbaycan yığması oyun strukturu olan yaxşı komandadır. Onlar futbolun necə oynanıldığını bilirlər və topa sahib olmağı sevirlər. 
 
Bizə gəlincə, əhval-ruhiyyə o qədər də yüksək deyil. çünki 7-10 xala sahib deyilik. Belə olsaydı, indi əhvalımız daha yaxşı idi. Sabah bizim üçün ən vacib oyundur".
 
İyunun 13-də keçiriləcək Azərbaycan - Belarus matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest