"Təəssüratlarımız sözlə ifadə olunası deyil, gərək insan bunları yaşasın. Fəxrdir, qürurdur". Matc.az xəbər verir ki, bunu  Azərbaycan Minifutbol Federasiyasının təsisçisi, "Azfar" Şirkətlər Qrupunun rəhbəri Taleh Nəsibov milli komandanın Slovakiyanın Koşitse şəhərində Avropa çempionu olması barədə danışarkən deyib.
 
O, finalda 6 qat qitə çempionu Rumıniyanı məğlubiyyətə uğradaraq, Azərbaycan bayrağını yüksəltdiklərini xatırladıb: "Xalqımız, özümüz və futbolsevərlərimiz üçün bundan gözəl sevinc hissi ola bilməz. Biz Azərbaycan xalqına belə möhtəşəm hissləri yaşatdıq. İnanıram ki, bunların davamı gələcək. Bu cür iş quraraq, milli komandanı formalaşdırmışıq. Federasiyamızın təsis olunmasının səbəbkarlarından biri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri, "Zirə" futbol klubunun fəxri prezidenti Orxan Məmmədovdur. Onun milli komanda qarşısında qoyduğu məqsədə tərəf getdik, çevik idarəetmə sistemi qurduq, düzgün iş prinsipi yaratdıq. Azərbaycanlı uşaqlardan ibarət milli komanda, milli ruh sayəsində qitənin ən yaxşısı olduq". report.az
 
Qeyd edək ki, Azərbaycan millisi finalda Rumıniyanı 1:0 hesabı ilə yenib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest