Türkiyənin Antalya şəhərində qılıncoynatma üzrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, qitə birinciliyinin son günündə sablya və şpaqa növləri üzrə komanda yarışları keçirilir.
 
Anna Başta, Sevil Bünyatova, Valeriya Bolşakova, Palina Kaspiaroviçdən ibarət qadınlardan ibarət sablya yığması 1/8 finalda Yunanıstana 37:45 hesabı ilə uduzub. Ardınca 9-16-cı yerlər uğrunda Polşa ilə üz-üzə gələn milli bu görüşdə də məğlub (29:45) olub.
 
Şpaqa üzrə kişilərdən ibarət komanda isə Nidelandla qarşılaşıb. Heyətində Kənan Əliyev, Ruslan Həsənov, Barat Quliyevin yer aldığı komanda 1/16 finalda Niderlanda uduzaraq (34:45) qitə çempionatında çıxışını başa vurub.
 
Xatırladaq ki, daha əvvəl Anna Başta şəxsi yarışda qızıl medal qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest