“Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kiprin “Aris” komandasına qarşı keçirəcəyi oyunların başlama saatı müəyyənləşib

“Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kiprin “Aris” komandasına qarşı keçirəcəyi oyunların başlama saatı müəyyənləşib. Matc.az xəbər verir ki, “ağ-qaralar”ın ilk matçı iyulun 21-də səfərdə olacaq.
 
“AEK Arena”da baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.
 
İyulun 28-də "Bakcell Arena"da təşkil olunacaq cavab qarşılaşması isə saat 21:00-da başlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest