Azərbaycan cüdoçuları Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının ikinci günündə daha 4 medal qazanıb. Matc.az xəbər verir ki, qızların 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Fidan Əlizadə finalda macarıstanlı İnez Boqnarla qarşılaşıb. Rəqibinə "ippon" xalı ilə qalib gələn idmançımız qitə çempionu olub.
 
66 kq-da çıxış edən cüdoçularımız Nicat Nağıyev, Əbil Yusubov və 73 kq-da yer alan Əli Hacızadə isə 3-cü yeri tutublar. Onlar müvafiq olaraq, fransalı Aleksis Renar, italiyalı Federiko Bosis və israilli Yaniv Aqronovu yeniblər.
 
Bununla da Azərbaycanın Avropa çempionatında qazandığı medalların sayı 8-ə çatıb.
 
Xatırladaq ki, ilk yarış günündə Şahin Oruczadə (55 kq), Nizami İmranov (60 kq) qızıl, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq) isə bürünc medal əldə edib.
 
İyunun 26-dək davam edəcək qitə birinciliyinə 40 ölkədən ümumilikdə 420 (231 oğlan, 189 qız) cüdoçu qatııb. İlk üç gündə fərdi, son gündə isə komanda yarışı baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest