“İnter” “Brügge”nin 21 yaşlı mərkəz müdafiəçisi Joel Ordonesə ciddi maraq göstərir.

Matc.az xəbər verir ki, bu barədə İtaliyanın "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Futbolçunun Belçika klubu ilə müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir. Onun bazar dəyəri 28 milyon avro olaraq qiymətləndirilir. Buna görə də “İnter” transfer üçün xeyli məbləğ ödəməli olacaq.

Ordones 2025/26 mövsümündə “Brügge”nin heyətində bütün turnirlər üzrə 15 oyuna çıxıb və 1 qol vurub.

Qeyd edək ki, daha əvvəl “Çelsi” və “Aston Villa”nın da Ekvadordan olan gənc müdafiəçi maraqlandığı bildirilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest