Azərbaycanın və "Qəbələ" İdman Klubunun karateçisi Rafael Ağayev növbəti döyüşünü keçirəcək. Matc.az xəbər verir ki, 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı peşəkarların mübarizə apardığı "Karate Combat"da 3-cü sınağına çıxacaq.
 
75 kq çəki dərəcəsində çıxış edən idmançımız fransalı Davi Dona ilə görüşəcək. İyunun 25-də keçiriləcək döyüş ABŞ-ın Orlando şəhərində baş tutacaq.
 
Xatırladaq ki, ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edən Rafael Dominikan karateçisi Dionisio Qustavoya qalib gəlib. Bu ilin yanvarında isə Ağayev Macarıstan təmsilçisi Jolt Habda üzərində qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest