UEFA Region Kubokunun Azərbaycanda təşkil olunmuş ilkin seçmə mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, bu gün final oyunu keçirilib.
 
Şamaxı şəhər stadionunda keçirilən qarşılaşmada 1-ci qrupun qalibi Qazaxıstanın "Kaskelen" komandası ilə 2-ci qrupun qalibi Belarusun "Kolos" komandası üz-üzə gəlib. Rəqibini 5 cavabsız qolla məğlub edən "Kolos" növbəti mərhələyə vəsiqə qazanıb. Belarus təmsilçisi əsas mərhələdə Türkiyə, Portuqaliya və Finlandiya komandalarına rəqib olacaq.
 
Xatırladaq ki, "Kolos" qrup mərhələsində Azərbaycan çempionu "Cəbrayıl"ı mübarizədən kənarlaşdıraraq finala yüksəlmişdi.
 
UEFA Region Kuboku
İlkin seçmə mərhələ, final
29 iyun
 
Kaskelen – Kolos 0:5
Baş hakim: Luka Cibelli (İsveçrə).
Baş hakimin köməkçiləri: Paskal Hirzel (İsveçrə), Bartoz Kazinski (Polşa).
Dördüncü hakim: Damian Silvestrjak (Polşa).
Şamaxı şəhər stadionu.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest