"Neftçi" PFK futbolçular - Xəyal Nəcəfov və Turan Vəlizadə ilə müqaviləni 1 il müddətinə - 2023/2024 mövsümünün sonunadək artırıb

"Neftçi" PFK futbolçular – Xəyal Nəcəfov və Turan Vəlizadə ilə müqaviləni 1 il müddətinə - 2023/2024 mövsümünün sonunadək artırıb. Matc.az xəbər verir ki, hər iki yarımmüdafiəçi 2022/2023 mövsümünün sonunadək "Turan Tovuz" klubuna icarəyə verilib.
 
2021-ci ilin yayında transfer olunmuş Nəcəfov 26 oyunda forma geyinib. Son iki mövsümü icarə əsasında "Şamaxı"da keçirmiş Vəlizadə isə 2018-2020-ci illər ərzində "Neftçi"nin əsas komandasının heyətində 2 rəsmi oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest