"Neftçi" PFK-nın UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 28-i saat 21:00-da Kiprin "Aris" (Limassol) klubu ilə "Bakcell Arena"da keçirəcəyi matça KİV nümayəndələrinin qeydiyyatı başlanıb.

Oyuna akkreditasiya almaq istəyən media nümayəndələrindən tələb olunanlar:

1. Ad, soyad
2. Təmsil etdiyi KİV
3. Vəzifə
4. Şəkil
5. 2021/2022 mövsümü üçün nəzərdə tutulan PFL akkreditasiyası (mütləqdir)

Qeyd olunan məlumatlar iyulun 21-i saat 18:00-dək press@neftchi.az e-mail ünvanına göndərilməlidir. Müraciətlərinə press@neftchi.az-dan cavab alanlar qeydiyyatdan keçmiş hesab olunacaqlar.Qeydiyyatdan keçən və bu haqda təsdiq e-maili alan media nümayəndələri akkreditasiyalarını 27.07.2021-ci il saat 12:00-dan etibarən oyunöncəsi mətbuat konfransı başlayanadək "Bakcell Arena"da "Neftçi TV"nin ofisindən götürə biləcəklər. Akkreditasiyasız KİV nümayəndələri stadiona buraxılmayacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest