21 İyul 2022, 15:56
FUTBOL
PSJ-nin yeni baş məşqçisi Kristof Qaltye komandada nizam-intizam qaydalarını sərtləşdirib. Matc.az Fransa mətbuatına istinadən xəbər verir ki, Qaltye PSJ-də yeni qaydalar müəyyənləşdirib.
Qaydalardan biri futbolçulara yemək zamanı telefondan istifadənin qadağan edilməsidir. Bundan başqa, məşqə üzrlü səbəb olmadan gecikən futbolçular məşqə buraxılmayacaq və evə qaytarılacaq.
Bu yay Mauritsio Poçettino ilə yollarını ayıran PSJ baş məşqçi postuna Kristof Qaltyeni gətirib.