25 İyul 2022, 15:34
FUTBOL
"Matçın final fitindən sonra dedim ki, sonadək mübarizə aparıb turu keçəcəyik". Matc.az xəbər verir ki, bu sözləri "Neftçi"nin prezidenti Kamran Quliyev Konfrans Liqasında Kiprdə "Aris"lə oyun (0:2) barədə danışarkən deyib.
"Matçın final fitindən sonra dedim ki, sonadək mübarizə aparıb turu keçəcəyik". Matc.az xəbər verir ki, bu sözləri "Neftçi"nin prezidenti Kamran Quliyev Konfrans Liqasında Kiprdə "Aris"lə oyun (0:2) barədə danışarkən deyib. O, komandasına, baş məşqçiyə və futbolçulara inandığını bildirib:
"0:2 hesabı faciə deyil. Bacardığımızı göstərə bilmədik. İnanıram ki, sonuncu oyunda qalib gələcəyik".
Quliyev azarkeşlərə də müraciət edib:
"Fürsətdən istifadə edib azarkeşlərə müraciət edirəm. Gəlsinlər, komandamızı dəstəkləsinlər. "Neftçi"ni azarkeşsiz təsəvvür etmək olmaz".