"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının I turunda "Səbail"ə qalib gəldikləri ev oyununu şərh edib. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis "CBC Sport"a açıqlamasında 3:1 hesablı qələbə barədə bunları deyib:
 
"çox vacib 3 xal qazandıq. İlk oyunlar həmişə çətin olur. çünki rəqibləri tam tanımırsan. "Səbail" ilk dəqiqələrdən çox istəkli görünürdü. Xeyli rotasiya etmişdik. çoxdan oynamayan futoblçular meydanda oldu. İlk hissədə xeyli çətinliklər yaşadıq. Hər bir halda, komanda qələbə üçün çox əziyyət çəkdi. Futbolçuları təbrik edirəm. "Səbail" göstərdi ki, hər bir oyunda diqqətli olmalıyıq. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşmaq lazımdır".
 
Baş məşqçi ilk dəfə start heyətdə yer alan yeni transfer Julio Romaonun çıxışı barədə fikirlərini bildirib:
 
"60-65 dəqiqə oynadı. Hiss olundu ki, komandaya daha tez uyğunlaşacaq. Sərbəst, rahat idi. İdman formasından hələ uzaqdır. Oyun təcrübəsi lazım olacaq. Bir neçə matçdan sonra tam potensialını aça bilər. ümumən, ondan razı qaldım".
 
Qurbanov çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubuna qarşı keçirəcəkləri cavab matçına hazırlıqdan bəhs edib:
 
"Tam hazırlaşmağa vaxtımız olmadı. Bu gün oynamayan futbolçular artıq digər meydanda məşqə başlayıblar. Sabah da hazırlaşacağıq. Komandanı müəyyən səviyyəyə çatırmağa çalışacağıq. Fiziki formalarını qaydaya saılmaq üstündə işləyirik. Vaxtımız da azdı. ümumi performans pis deyil. İnanıram ki, yaxşı rəqibə qarşı yaxşı oynayıb, uğurlu nəticə qazanacağıq".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest