06 Avqust 2022, 22:22
FUTBOL
"Səbail"in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının I turunda "Qarabağ"a səfər məğlubiyyətini şərh edib. Matc.az xəbər verir ki, mütəxəssis "CBC Sport"a açıqlamasında 1:3 hesablı uduzduqları matç barədə bunları deyib:
"Maraqlı oyun oldu. Son çempiona qarşı oynadıq. Uşaqlar "Qarabağ"ın adından qorxmadılar. Yaxşı oynamağa, mübarizə aparmağa çalışdılar, Aqressiv idilər. İlk yarıda iki yaxşı qol epizodumuz var idi, istifadə edə bilmədik. Heç bir komponentdə son çempiona uduzmamağa çalışırdıq. Komandanın göstərdiyi oyundan razıyıq".
Baş məşqçi bu yay komandaya cəlb edilən legionerlərin çıxışı barədə fikirlərini bildirib:
"6 legionerimiz var, hamısı meydanda idi. Yerli futbolçu cəlb etmək baxımından problem yaşayırıq. çünki klubları ilə müqavilələri var. Amma heyətdəki yerlilərimiz də pis təsir başlamadı. Axtarışlarımız davam edir. Yaxşı futbolçular olduqca, komandaya dəvət edəcəyik".
Qurbanov bu mövsüm üçün hədəflərdən bəhs edib:
"Əsas hədəfimiz getdikcə yaxşı oynayıb, xal ehtiyatımızı artırmaqdır. Yaxşı futbol göstərmək istəyirik".