"Cavab görüşü də çətin olacaq. Sarı vərəqəyə görə finala bərabər pley-off duelini buraxacaq kapitan Lukaş Heydanın yoxluğu problem yarada bilər"

çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələn "Qarabağ"la "Viktoriya"nın duelinə çexiyada maraq xeyli böyükldür.  Matc.az xəbər verir ki, Plzen təmsilçisi ilə Bakıya ezam olunan "İsport"un əməkdaşı Yonaş Bartoş oyundan reportaj hazırlayıb.
 
çexiyalı həmkarımızın qeydlərini təqdim edirik:
 
"çətin bir sınaq oldu, həqiqətən çətin. Bakının cəhənnəm ab-havasında "Viktoriya Plzen" "Qarabağ"la 0:0 bərabərə qaldı. çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu hər iki tərəfə adrenalin dolu dəqiqələr yaşatdı. Bu, hər iki aktyorun uğur üçün böyük istəyini nümayiş etdirdi. Ancaq suallar açıq qaldı, bir həftədən sonra Pilsendə hər şeyə aydınlıq gələcək... 
 
Oyunun başlamasına bir saatdan çox vaxt qalmış stadion artıq insanlarla dolu idi, yüksək səsli musiqi cingildəyirdi. Təhlükəsizliyə nəzarət etmək üçün hər yerdə onlarla polis məmuru vardı. 
 
Hələ isinmə hərəkətləri zamanı "Viktoriya"nın futbolçuları rəqib düşərgə tərəfindən etiraz fit səsləri ilə qarşılandı. Meydan sahibləri isə əksinə, sevinc qışqırıqları və mobil telefonların sayrışan işıqları altında meydana daxil olublar. Atmosfer hətta oyun başlamazdan əvvəl boğucu idi. İsti, rütubətli hava vardı, termometr axşam saat 9-da təxminən 28 dərəcə göstərdi. 
 
çempionlar Liqasının himni bitər-bitməz meydan cəhənnəmə döndü. İlk dəqiqədən həyəcan maksimuma çıxdı. "Viktoriya" hər topa sahib olanda çılğın fit çalınırdı. Səs-küylü tərəfdarlar bütün doxsan dəqiqə ərzində komandalarını irəli səslədilər. 
 
çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu nəyi göstərdi? Hər iki tərəf qrupdakı elit klublara qoşulmağa qərarlıdır. "Qarabağ"ın öndə böyük gücü var: Vadji, Kadi və Zubir üçlüyü Avropanın top klubları üçün belə keyfiyətə cavab verir.
 
Plzenlilər möhkəm, yığcam blok sayəsində müqavimət göstərdi. Rəqibi qapıdan uzaq saxladı. Qapıçı Stanek möcüzəvi idi. Bakıdakı saunada oyunçular gücləri tükənənə kimi mübarizə apardılar. Məsələn, Pavel Buxa hətta fasilədən əvvəl enerji geli istədi. Moskera hələ ilk yarıda qırmızı vərəqə üçün "yalvarırdı". Yeri gəlmişkən, sloveniyalı referi Slavko Vinçiç oyunu soyuqqanlılıqla idarə etdi, qayda pozuntularının sayı norma daxilində qaldı və yerli azarkeşlərin hay-küyünə uymadı. 
 
Hər iki tərəfin qol imkanları oldu. Digər tərəfdən, Stanek ən azı üç real qol vəziyyətini əla seyvlə əngəllədi.
 
Cavab görüşü də çətin olacaq. Sarı vərəqəyə görə finala bərabər pley-off duelini buraxacaq kapitan Lukaş Heydanın yoxluğu problem yarada bilər. Qolsuz oyun favorit komanda barədə nəsə demədi. Hər iki tərəfin silahı var. Hər ikisi qrupa çox yaxın, həm də uzaqdır. İlk qarşılıqlı qarşıdurmadan sonra rəqibin oyun üslubunu, vacib oyunda uğur qazanmağın reseptini daha yaxşı bilirlər. Bir həftə sonra Pilsendə çox maraqlı olacaq..." fanat.az
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest