Azərbaycan millisinin və İsveçrənin "Qrasshopper" klubunun futbolçusu Renat Dadaşov koronavirusa yoluxub. Matc.az İsveçrənin "4-4-2" saytına istinadən xəbər verir ki, "Qrashopper"in səfərdə "Sion"la V tur matçından (2:2) sonra test nəticəsi müsbət çıxan 23 yaşlı hücumçu artıq sağalıb.
 
Bir həftəlik karantin müddətini başa vuran Dadaşov komandaya qoşulub. Bu gün futbolçunun İsveçrə Kuboku çərçivəsində "Vettsvil-Bonştetten"ə qarşı matçda meydana çıxacağı gözlənilir.
 
Qeyd edək ki, Renat Dadaşov hazırda 3 qolla "Qrasshopper"in ən sərrast futbolçusudur. Onun komandası 9 xalla 3-cü pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest