22 Avqust 2022, 11:39
FUTBOL
Aleksey İsayev "Sabah"ın heyətində 50-ci çempionat oyununa çıxıb. Bu, Misli Premyer Liqasının III turuna təsadüf edib. Matc.az xəbər verir ki, "Neftçi" ilə ev matçında penaltidən qol vuran yarımmüdafiəçi yubileyinə töhfə verib. Bakı klubunda 3-cü mövsümünü keçirən İsayev 50 qarşılaşmada 8 qola imza atıb.
Aleksey "Sabah"ın tarixində Premyer Liqada 50 və daha çox oyun keçirən 6-cı futbolçudur. Onadək yalnız beş oyunçu "100"ü yarılayıb.
Qeyd edək ki, İsayevin hesabı bərabərləşdirdiyi qarşılaşmada meydan sahibləri qələbə qazanıb – 2:1.