"Bakıya gəlincə, bura müasir şəhərdir, hər şey yeni tikilib. Yaşamaq üçün çox xoş şəhərdir"
Azərbaycan millisinin və "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç Xorvatiya mətbuatına müsahibəsində ölkəmiz barədə müsbət fikirlər səsləndirib. Matc.az saytı xəbər verir ki, 31 yaşlı futbolçu eyni zamanda həm milliləşərək Azərbaycan yığmasını seçməsinə də aydınlıq gətirib:
"AFFA beş il burada yaşayan əcnəbi futbolçunun Azərbaycan millisinə kömək edə biləcəyini düşünərsə, uğurlu nəticə üçün ona vətəndaşlıq təklif edir. Fikrimcə, Azərbaycan yığmasını seçdiyim zaman azarkeşlər də buna sevindilər.
Burada çoxları kimi, mən də rus dilində danışıram. Ona görə də ünsiyyətdə problemim yoxdur. Bakıya gəlincə, bura müasir şəhərdir, hər şey yeni tikilib. Yaşamaq üçün çox xoş şəhərdir. Hər kəsə imkan düşsə, Bakıya getməyi tövsiyə edərdim".
Qeyd edək ki, Filip Ozobiç 2016-cı ildən ölkəmizdə çıxış edir. 2016-2018-ci illərdə "Qəbələ"nin formasını geyinən yarımmüdafiəçi 2018-ci ildən bəri "Qarabağ"ın şərəfini qoruyur.