3 ən yaxşı futbolçu siyahısında Madrid "Real"ın hücumçusu Kərim Benzema, onun komanda yoldaşı, belçikalı qapıçı Tibo Kurtua və "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne yer alıb.
Bu gün Türkiyənin İstanbul şəhərində çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək. Matc.az xəbər verir ki, tədbirdə qitənin 32 klubu turnirin əsas mərhələsindəki rəqiblərini tanıyacaq. Qitə futbol qurumu UEFA mərasim zamanı 2021/2022 mövsümünün ən yaxşı oyunçusuna da mükafat təqdim edəcək.
3 ən yaxşı futbolçu siyahısında Madrid "Real"ın hücumçusu Kərim Benzema, onun komanda yoldaşı, belçikalı qapıçı Tibo Kurtua və "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne yer alıb.
UEFA-nın rəsmi saytında qeyd olunur ki, Benzema qitə futbol qurumunun texniki müşahidəçiləri tərəfindən ötən mövsüm çempionlar Liqasının ən yaxşı oyunçusu kimi tanınıb. Kərim 15 qolla turnirin bombardiri olmaqla yanaşı, beşinci dəfə "Real"la əsas Avropa klub kubokunu qazanıb.
Kurtua "Liverpul"a qarşı həlledici oyunda əla seyvlər etdikdən sonra çempionlar Liqasında İlin Final Oyunçusu mükafatına layiq görülüb. De Bruyne isə Premyer Liqada mövsümün ən yaxşı oyunçusu seçildi və burada yenidən "Siti" ilə çempion oldu.
Qeyd edək ki, 15 namizəddən ibarət ilkin siyahı UEFA-nın texniki ekspertlər qrupu tərəfindən tərtib edilib, üç iddiaçının qısa siyahısı isə çempionlar Liqası, Avropa Liqası və Avropa Liqasında çıxış edən klubların məşqçilərinin daxil olduğu münsiflər heyətinin səsverməsi ilə müəyyən edilib.