Fransa təmsilçisi Vadjinin keçidi üçün "köhlən atlar"a 1 milyon avrodan çox vəsait ödəyəcək. Hücumçu "Qarabağ"a 2021-ci ilin avqustunda transfer olunub.

"Qarabağ"dan Fransa "Sent Etyen"inə keçən İbrahima Vadjinin yeni komandasında debüt edəcəyi vaxt müəyyənləşib. Matc.az xəbər verir ki, 27 yaşlı hücumçu sentyabrın 5-də Liqa 2-də VII turun "Pau" ilə səfər oyununda meydana çıxacaq.
 
Qeyd edək ki, seneqallı forvard bu gün və ya avqustun 30-da "Sent Etyen"də tibbi müayinədən keçəcək. Bu səbəbdən, İbrahima Vadji sabah "Bastiya" ilə VI turun ev oyununda iştirak edə bilməyəcək.
 
Fransa təmsilçisi Vadjinin keçidi üçün "köhlən atlar"a 1 milyon avrodan çox vəsait ödəyəcək. Hücumçu "Qarabağ"a 2021-ci ilin avqustunda transfer olunub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest