"Qarabağ"ın feysbuk səhifəsi maraqlı paylaşımla diqqət çəkib. Matc.az saytı xəbər verir ki, Ağdam klubu sosial şəbəkə vasitəsilə çempionlar Liqasının (çL) 1/8 final mərhələsinin ilk oyununda "Atletiko"ya uduzan (0:2) "Yuventus"a sataşıb.

Belə ki, Azərbaycan çempionu "Vanda Metropalitano"da rəqib qapısına yol tapa bilməyən "qoca sinyora"ya bunun yollarını göstərib. İspaniyalı yarımmüdafiəçisi Miçelin ötən mövsüm çL-in qrup mərhələsində "Atletiko"ya səfərdə vurduğu qolun videosunu paylaşan səhifədə bu sözlər yazılıb: "Yuventus", "Atletiko"ya necə qol vurmağı görmək istəyirsiniz? Miçel, bəlkə bir oyun(luq)?"

Qeyd edək ki, "Qarabağ" ötən mövsüm "Atletiko" ilə evdə 0:0, səfərdə isə 1:1 hesablı heç-heçə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest