Peşəkar Futbol Liqası "Turan Tovuz" azarkeşi Əli Məmmədovun 44 günlük Vətən müharibəsində dilə gətirdiyi arzusu haqqında sujet hazırlayıb. Matc.az xəbər verir ki, "Bir əsgərin "Turan" arzusu" adlı sujetdə əsgərin AFFA-ya müraciəti və müharibə dönəmindəki fotoları yer alıb.
 
Müharibə vaxtı "Arzum, istəyim "Turan Tovuz"un Premyer Liqaya yüksəlməsi, Premyer Liqada oynamasıdır" deyən Əli Məmmədov Tovuz təmsilçisinin "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldiyi Premyer Liqanın VI tur matçında iştirak edib.
 
Klubun icraçı-direktoru Nadir Nəbiyev ona 44 nömrəli forma və mövsümi bilet təqdim edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest