12 Sentyabr 2022, 15:26
FUTBOL
"Azərlotereya" ASC "Qazananların hekayəsi" adlı yeni layihəyə start verir. Bu layihədə şirkətin təşkil etdiyi ani lotereyalarda qalib olan şəxslərin hekayələri, qazandıqları mükafatın onların həyatına müsbət təsiri ilə bağlı məqamlar öz əksini tapir.
"Qazananların hekayələri"nin ilk qəhrəmanı Zaqatala şəhər sakini Müslümov İlqar Sabir oğludur. "Uğurlu 7" ani lotereyasında böyük uduş – 50 000 manatın sahibi olan İlqar bəy qazandığı mükafatla evini təmir etdirib.
Ani lotereya biletlərində ara-sıra şansını sınayan İlqar Müslümov uduşlu bileti qazanarkən sevincinin həddi-hüdudu olmadığını bildirib:
"Bazardan aldığım biletdə 50 000 manat qazandım. Sevincimin həddi-hüdudu yox idi. Bütün Zaqatala camaatı sevincimə şərik oldu. Evə gəlib xanımıma 50 000 manat udduğumu deyəndə inanmadı. Uşaqlarım çox sevindi, qucaqlayıb öpdülər. Xanımım da dedi ki, "günəş üzümüzə güldü". Pulu evimizin təmirinə yatırdıq. İndi evim geniş və işıqlıdır. Biz bu evdə çox xoşbəxtik".