Türkiyə Superliqasında XXIII tur 2 oyunla başlayıb. Matc.az saytının məlumatına görə, "Trabzonspor" təhlükəli zonaya yaxın olan "Göztəpə"nin qonağı olub.

Ev sahiblərinin 1 topuna 3 qolla cavab verən "bordo-mavililər" önəmli səfər qələbəsi qazanıb. Mövsümün sürpriz komandası "Yeni Malatyaspor" isə Rizədə böyük hesabla məğlub olub. Bu nəticələrdən sonra "Trabzonspor" turnir cədvəlində "Yeni Malatyaspor"u keçərək, 4-cü pillədə yer alıb.

 

Türkiyə. Superliqa

XXIII tur

"Göztəpə" - "Trabzonspor" - 1:3

Kadah, 71 (pen.) - Rodalyeqa, 27; Abdulkadir Parmak, 73; Kadu, 90 (avtoqol)

"çaykur Rizəspor" - "Yeni Malatyaspor" - 3:0

Şeyşu, 27; Muriqi, 90+5; Nakulma, 90+8

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest