İngiltərə Premyer Liqasında XXVII turun oyunları davam edir. Matc.az saytının məlumatına görə, bu gün ilk görüşündə "Tottenhem" "Bernli"nin qonağı olub.

Qarşılaşmada vurulan hər 3 qol ikinci hissəyə təsadüf edib. Əvvəlcə 57-ci dəqiqədə Kris Vud ev sahiblərini önə keçirib. Zədədən qayıdan Harri Keyn 8 dəqiqə sonra status-kvonu bərpa edib. Lakin Eşli Barnesin 83-cü dəqiqədəki qolu "Benli"yə qələbə qazandırıb - 2:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest