"Hazırda zədəlidi. İnşallah, tezliklə sağalıb, komandasına dönsün. Azər yaxşı futbolçudu. Aramızda heç bir qalmaqal olmayıb"

"Neftçi"nin müdafiəçisi Azər Salahlı ilə keçmiş meneceri Firaiz Əliyev arasında heç bir qalmaqal yaşanmayıb. Bu barədə matc.az saytına açıqlamasında agent özü bildirib.
 
Əliyev bildirib ki, milli komandamızın üzvü ilə aralarında heç bir inciklik yoxdu:
 
"Azər Salahlı ilə heç bir problemim yoxdu. Hazırda zədəlidi. İnşallah, tezliklə sağalıb, komandasına dönsün. Azər yaxşı futbolçudu. Aramızda heç bir qalmaqal olmayıb. Menecerlikdən əlavə əmi-bala kimi olmuşuq. İl yarım burada olmadım, onun da getmək variantı yarandı, getdi. Azərə halallığımı verdim".
 
Qeyd edək ki, Azər Salahlı "Neftçi"yə bu ilin yanvarında "Şamaxı"dan keçib.
 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest