Premyer Liqanın 8-ci turu çərçivəsində baş tutmuş "Sumqayıt" ilə oyundan öncəki məşq zamanı zədələnən "Kəpəz"in yarımmüdafiəçisi Əfran İsmayılovun vəziyyətinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, əzələsi dartılan yarımmüdafiəçi təxminən 10 gün məşq edə bilməyəcək.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bu müddətdə futbolçunun müalicə və bərpa prosesi keçəcəyi diqqətə çatdırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest