Premyer Liqanın 11-ci turu çərçivəsində oktyabrın 23-də "Bakcell Arena"da keçirilmiş "Sabah"la matçın ilk hissəsində zədələnmiş "Neftçi"nin futbolçusu Yusuf Laval klubun sağlamlıq sponsoru olan "Liv Bona Dea Hospital"da müayinədən keçib.

Matc.az xəbər verir ki, bununla bağlı "Neftçi" PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib:
 
"Sınığı və daxili orqanlarda zədəsi yoxdur. Sadəcə, möhkəm əzildiyi üçün ağrı hiss edir. Ağrısı azalsa, artıq komandanın növbəti məşqində iştirak edə biləcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest