21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Məhəmməd Mustafa Yıldırım Türkiyədə klubunu dəyişib. Matc.az xəbər verir ki, 20 yaşlı futbolçu "İstanbulspor"dan ayrılaraq "çorum" komandasına keçib.
 
Tərəflər 2.5 illik müqaviləyə imza atıblar. Yıldırım mövsümün ikinci yarısından etibarən bu komandanın formasını geyinəcək.
 
Xatırladaq ki, Mustafa Yıldırım 2020-ci ildən Azərbaycanın U-21 yığmasında çıxış edir. Oyunçu ötən ay İstanbul təmsilçisinə 1 milyon lirə təzminat ödəyərək klubdan ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest