"Bornmut"un mərkəz müdafiəçisi Din Huysen "Real"a keçməyə hazırlaşır.

Matc.az xəbər verir ki, 20 yaşlı ispaniyalı futbolçu bu mövsüm Premyer Liqada inamlı oyunu ilə İngiltərə və Avropa nəhənglərinin diqqətini cəlb etsə də, futbolçunun özü Madrid klubuna keçməyə üstünlük verir və agenti digər klublardan gələn təklifləri rədd edir.

Qeyd edək ki, ingilis klubu oyunçunu buraxmağın əleyhinə deyil, ancaq 58 milyon avro olan tam satınalma bəndinin ödənilməsi şərtilə. Müdafiəçinin klubu illə müqaviləsi 2030-cu ilin yayına kimi imzalanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest